Türkiyədə azərbaycanlı qazilərlə görüş keçirilib

Türkiyədə azərbaycanlı qazilərlə görüş keçirilib backend

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə Qaziləri Dərnəyinin (TSGD) dəvəti və "Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan qaziləri ilə görüş keçirilib.

Qaziler.az xəbər verir ki, tədbirdə diplomatlar, səfirliyin nəzdindəki hərbi attaşelik aparatının əməkdaşları, eləcə də TSGD-nin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların hər bir gənc üçün örnək olduğunu bildirib.

O, Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışıb, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib və Türkiyə həkimlərinin onlara xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

Səfir türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmindən bəhs edib və bunu yüksək qiymətləndirib.

Görüşdə qazilər də çıxış ediblər, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.

loading...
Diaspora