Prezident təəssüfləndi: "Bu təşkilatın nümayəndələri..."

Prezident təəssüfləndi:  "Bu təşkilatın nümayəndələri..." backend

İlham Əliyev UNESCO nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfər etməməsindən təəssüfünü bildirib.

Qaziler.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, biz istərdik UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. 

Diaspora