Qadir İbrahimli doğulduğu şəhərdə dəfn ediləcək

Qadir İbrahimli doğulduğu şəhərdə dəfn ediləcək backend

Bu gün xəstəxanada vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, jurnalistin cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.

Daha sonra Qadir İbrahimli ilə "Jurnalistlər binası"nın qarşısında vida mərasimi keçiriləcək.

Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, bu gün səhər saatlarında vəfat edib.

Diaspora