Bakıda əsən küləyin gücü açıqlandı - Faktiki hava

Bakıda əsən küləyin gücü açıqlandı -  Faktiki hava backend

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

Qeyd olunub ki, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb:

“Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.

Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək”.

Diaspora