Jurnalist Qadir İbrahimli vəfat etdi

Jurnalist Qadir İbrahimli vəfat etdi backend

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 53 yaşlı jurnalist bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Diaspora