Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini emosional şəkildə şərh edib.
Musavat.com xəbər verir ki, yerli telekanalların birində qonaq olan rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə hədələyib.
O bildirib ki, NATO ilə mümkün münaqişə yaranarsa, bu ölkələr tamamilə məhv olmaq təhlükəsi ilə üzləşəcək:
“İsveçlilər və finlər sadə bir şeyi başa düşməlidirlər. Biz onlarla yalnız bir halda birbaşa döyüşə girəcəyik – NATO ilə müharibəmiz olarsa! NATO ilə müharibə dronlarla olmayacaq. Nüvə silahı ilə olacaq.
Nə qədər NATO ölkəsinin məhv olması bizi maraqlandırmır - 28 və ya 32. Onlar bunu aydın başa düşməlidirlər".