Aprel şəhidinin qızı buraxılış imtahanında yüksək bal toplayıb

Aprel şəhidinin qızı buraxılış imtahanında yüksək bal toplayıb backend

Aprel döyüşlərində şəhid olan Vüqar Yusifovun qızı Ayan Yusifzadə buraxılış imtahanında yüksək bal toplayıb.

Qaziler.az bildirir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin feysbuk səhifəsində məlumat verilib.

Aprel döyüşlərində qəhrəmancasına şəhadətə ucalan XTQ polkovniki Vüqar Yusifovun Vətənə əmanət qızı Ayan Yusifzadə ümumi orta təhsil səviyyəsi üzrə 9-cu siniflərin buraxılış imtahanlarında yüksək bal toplayıb. Ayanı maksimum bal toplamasından sadəcə 1 sual ayırıb.

Şəhid atasının adına layiq olan Ayan Yusifzadəyə uğurlarının bol olmasını arzulayırıq.

Diaspora