Akademiyadan xaric olunan kursant hərbi xidmətə göndərildi

Akademiyadan xaric olunan kursant hərbi xidmətə göndərildi backend

Bir müddət əvvəl özbaşına Heydər Əliyev adına Hərbi Akademiyanı tərk etdiyi üçün akademiyadan xaric olunan kursant hərbi xidmətə göndərilib.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə ali hərbi məktəbdən kənarlaşdırılan Hüseynli Vüsal Elşən oğlu hazırda xidmətini N hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir.

Diaspora