Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə başlanacaq.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, layihə üzrə bir sıra rayon və şəhərlərdə sosial reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi, bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200-dək uşağın reabilitasiya xidmətlərinə cəlb edilməsi nəzərdə tutulur.
Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq.
Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.