Sabah hava necə olacaq?

Sabah hava necə olacaq? backend

Mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 20-24, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Diaspora