SOCAR “Azəriqaz” İstehsalat Birliyində işçi heyətin səriştəliliyinin və peşəkarlılığının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi daima diqqətdə saxlanılır və bu yöndə mütəmadi maarifləndirmə tədbirləri və təlimlər həyata keçirilir.
“Azəriqaz”dan Qaziler.az-a daxil olan məlumata görə, bu məqsədlə “Azəriqaz” İB-də rəhbər və mühəndis-texniki işçilərin qaz təsərrüfatının istismarı, tikinti və təhlükəsizlik texnikası norma və qaydaları, ətraf mühitin mühafizəsi və beynəlxalq standartların tətbiqi üzrə maarifləndirmə işləri aparılıb.
Hal-hazırda isə işçi heyətinin biliklərinin yoxlanılması həyata keçirilir.



