Nazir müavini Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Nazir müavini Şamaxı rayonunda vətəndaşları qəbul edəcək backend

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mayın 25-də Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

 

Qaziler.az bildirir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaşlar 16-21 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

 

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Diaspora