Ukrayna ordusu Rusiya ilə sərhəddə yerləşən kəndi azad etdi - FOTO

Ukrayna ordusu Rusiya ilə sərhəddə yerləşən kəndi azad etdi - FOTO backend

Ukrayna ordusu Xarkov vilayətində yerləşən Prikordonna kəndini Rusiya silahlı qüvvələrindən azad edib.

Bu barədə hərbi jurnalist Andrey Saplienko məlumat yayıb.

“Xarkovun şimalında daha bir kənd azad edildi. Dövlət sərhədinə cəmi yüzlərlə metr var”, - A. Saplienko qeyd edib.

Jurnalist işğaldan azad edilən yaşayış məntəqəsinin girəcəyindən və Ukrayna hərbçiləri ilə çəkdirdiyi fotoları da paylaşıb.

Diaspora