Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

Vətən müharibəsi əlillərinin də iştirakı ilə  inklüziv veloyürüş təşkil olunub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub.

 

Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan veloyürüşdə bir qismi Vətən müharibəsi əlili olan 10 nəfər əlilliyi olan şəxs də iştirak edib.

 

Tədbirə Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi və ARB Media Qrup tərəfindən də dəstək verilib.

 

İnklüziv veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idmana marağın artırılmasıdır.

 

Məqsəd həmçinin onları para-velosiped idman növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial-psixoloji reabilitasiyasına dəstək verməkdir.

 

Tədbirin sonunda yürüş iştirakçıları təşəkkürnamə ilə təltif ediliblər.

Diaspora