“Biz dünyada ən az kitab oxuyan millətik” - Deputat şikayətləndi

“Biz dünyada ən az kitab oxuyan millətik” -  Deputat şikayətləndi backend

Milli Məclisin iclasında deputat Aqil Abbas Azərbaycanda nəşriyyatların vəziyyətindən və kitab oxuyanların sayından şikayət edib. 

Oxu.Az-ın məlumatına əsasən, Aqil Abbas deyib ki, nəşriyyatlar can verir. 

“Artıq qəzetlər də can verib”, - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, indi Azərbaycanda nə qəzet, nə də kitab oxuyan var:

“Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik”. 

Diaspora