“Qayğı” Çağrı Mərkəzinə 1800-dən çox müraciət daxil olub

“Qayğı” Çağrı Mərkəzinə 1800-dən çox müraciət daxil olub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) ötən dövrdə 1800-dən çox müraciət daxil olub.

 

Hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları, Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı olub.

 

“Qayğı” Çağrı Mərkəzində Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti və onlayn-psixoloji dəstək istiqamətləri üzrə müraciətlər cavablandırılır.

 

Sosial xidmətə ehtiyacı olan hər kəs “Qayğı” Çağrı Mərkəzinə zəng edərək Agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana, habelə bu xidmətlərlə bağlı məlumatlar əldə edə bilər.

Diaspora