Rusiyada hərbi vəziyyət elan olunmayacaq – Kremldən açıqlama

Rusiyada hərbi vəziyyət elan olunmayacaq – Kremldən açıqlama backend

“Rusiya prezidenti Vladimir Putin Ukraynada keçirilən xüsusi əməliyyat fonunda ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırmır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskov Rusiya prezidentinin xüsusi əməliyyatın gedişi ilə bağlı bəyanatlarına diqqət yetirməyə çağırıb: “O, Ukraynadakı hərəkətlərin plana uyğun getdiyini dəfələrlə vurğulayıb”.

Rusiya Dövlət Dumasının deputatı Andrey Krasov isə Rusiyada hərbi vəziyyətin tətbiqi ilə bağlı şayiələri qaranlıq qüvvələrin təxribatı adlandırıb. Onun fikrincə, bu cür təxribatların ssenariləri okeanın o tayında yazılıb: “Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq xüsusi əməliyyat keçirir. Hazırda ordu ikinci mərhələyə başlayıb”.

loading...
Diaspora