Sabirabad İcra Hakimiyyətinə 1,5 milyon pul ayrıldı - SƏRƏNCAM

Sabirabad İcra Hakimiyyətinə 1,5 milyon pul ayrıldı - SƏRƏNCAM backend

Prezident İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Diaspora