Bakıda “Şah” hamamının xəzinəsini taladılar

Bakıda “Şah” hamamının xəzinəsini taladılar backend

Bakıda hamamda cinayət baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulub.

Araşdırmalar davam etdirilir.
Diaspora