Qurban bayramı ərəfəsində dövlət qurumları Bakı və ətraf qəsəbələrdə reydlərə başlayacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a açıqlamasında hər il olduğu kimi bu il də Qurban bayramı ilə bağlı satış məntəqələrində nəzarət tədbirləri həyata keçiriləcək.
Y. Xanvəlinin sözlərinə görə, tək bazar, bazarətrafı ərazilərdə satılacaq heyvanlar yox, eləcə də təşkil ediləcək yarmarkalarda , müvafiq qurumlar tərəfindən yaradılmış ayrı-ayrı satış məntəqələrində həm stasionar həm də səyyar formada nəzarət həyata keçiriləcək.Qurum rəsmisi bunun hər il Qurban bayramı ərəfəsində nəzarətdə saxlanan bir məsələ olduğunu da vurğulayıb : “ Bu məsələ hər il nəzarətdə saxlanır. Satış məntəqələrində heyvan kəsilmədən əvvəl gətirilən baytarlıq sənədləri araşdırılacaq bundan sonra satışına icazə veriləcək ”.