100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini əzbər söylədi - VİDEO

100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini əzbər söylədi -  VİDEO backend

Qubanın Xanəgah kənd sakini, İkinci Dünya Müharibəsi veteranı Yunus Məmmədağa oğlu Kazımov bu gün 100 yaşını qeyd edir.

Yunus Kazımov qələbənin 77-ci ildönümü və özəl günündə Bizim.Media-nın özəl müsahibi olub.

Qubanın səfalı Xanəgah kəndində doğulan, tat xalqının nümayəndəsi olan Yunus kişi əməlli-başlı sinədəftərdir. Həyatı, döyüş yolu barədə necə həyəcanlı danışırsa, elə bilirsən ki, hadisələr dünən olub.

Yunuş kişi 1942-ci fevral ayında 19 yaşında müharibəyə yollanıb və diviziyada qulluq edib:

“9 May qələbə xəbərinədək Mozdok, Şimali Qafqaz, Taqanroq, Budyansk, Polşa, Çexoslovakiyaya qədər döyüş yolu keçmişəm. Müharibədən qayıdandan sonra Xanəgah kəndində ticarət sahəsində və meşəbəyi işləmişəm”.

O, vəfat etmiş həyat yoldaşından da söz açıb. Mərhum həyat yoldaşı İncahan xanım Qəhrəman ana olub və onlar birlikdə 10 övlad böyüdüblər.

Övladlarından birini itirən Yunus kişi bu gün 9 övladı, 70-ə yaxın nəvəsi, 10-dan artıq nəticəsi və 3 kötükcəsinin əhatəsində bir əsrlik doğum gününü qeyd edir.

Şair təbiətli Yunus kişi sonda Səməd Vurğunun müharibə mövzusunda yazdığı şeiri əzbər söyləyərək, dünyanın sülh üstündə bərqərar olmasını arzu edib. 

 

loading...
Diaspora