“Qarabağ qaziləri” ictimai birliyinin Saatlı rayon filialının ofisinin açılışı olub.
Qazilər.az xəbər verir ki, açılışdan öncə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov qaziləri qəbul edib, onlara uğurlar arzulayıb. İcra başçısına qazilərə göstərdiyi diqqət və qayğıya görə “Qarabağ qaziləri” birliyinın fəxri fərmanı təqdim edilib.
Eyni zamanda qazilərə göstərdikləri xidmətlərə görə “Qarabağ qaziləri” ictimai birliyi tərəfindən bir çox insanlara fəxri fərmanlar verilib.
Saatlıda Şəhidlər xiyabanını və umummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qazilər onların ruhuna dualar oxuyub, rəhmət diləyiblər. Daha sonra isə birliyin Saatlı filialının ofisinin açılışı olub.
Açılışda “Qarabağ qaziləri” birliyinin nümayəndə heyətindən Ədalət Məhərrəmov, Sadiq Quliyev, Kərim Hüseynov, Fəzail Əsədov və Rüstəm Dursunov iştirak edib.
Tədbirdə "Qarabağ qaziləri" birliyinin Saatlı filialının sədri Ramin İbrahimov çıxış edərək ölkə başçısına və rayonun icra başçısına qazilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, təşkilatın Azərbaycanın 60-a yaxın şəhər və rayonunda filialı, nümayəndəliyi var.

