Ölkədə soyuq hava şəraitinin səbəbi açıqlanıb

Ölkədə soyuq hava şəraitinin səbəbi açıqlanıb backend

Ötən gün ərzində Türkiyədən hərəkət edən siklon və siklonla bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi nəticəsində respublikanın əksər rayonlarında hava şəraiti yağıntılı keçib.

APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Umayra Tağıyeva deyib ki, bəzi ərazilərdə, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv, leysan xarakterli və güclü olub: “Düşən yağıntının miqdarı Böyük Qafqazın rayonlarında – Balakəndə, Qaxda, Zaqatala, Şəkidə, Oğuzda, Qəbələdə aylıq normanın 57 faizinədək olub. Düşən yağıntının miqdarı 71 mm-dək olub”.

Umayra Tağıyeva qeyd edib ki, intensiv yağıntılar nəticəsində respublikanın çaylarında da sululuq artıb: “Çaylarda suyun səviyyəsi 23 sm-dən 49 sm-dək yüksəlib”.

O qeyd edib ki, respublikanın yüksək dağlıq ərazilər qar qeydə alınıb: “Şahdağda qar örtüyünün hündürlüyü 18 sm-ə çatıb”.

loading...
Diaspora