Azərbaycanda bəzi yaşayış məntəqələrinə qar yağıb - FOTO/VİDEO

Azərbaycanda bəzi yaşayış məntəqələrinə qar yağıb -  FOTO/VİDEO backend

Ötən gün Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, gündüz saatlarında bölgədə güclü külək olub.

Axşam saatlarında yağış dağlıq ərazilərdə qarla əvəzlənib. Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur aşağı düşüb. Müşahidə məntəqəsinin olduğu Qubanın Qrız kəndində 2 sm hündürlüyündə qar qeydə alınıb.

Diaspora