Rubl can verir - Birjada həyəcan

Rubl can verir - Birjada həyəcan backend

Bu gün səhər saatlarında Moskva birjasında əməliyyatların başlanandan Rusiya rublunun dəyəri azalmağa başlayıb.

“APA-Economics” RBK-ya istinadən xəbər verir ki, bu gün Rusiya vaxtı ilə 10:04-də avronun məzənnəsi 81,04 rubla qədər yüksəlib. Bu, avqustun 21-də birjanın bağlandığı vaxt qeydə alınan göstəricidən 2,40 rubl çoxdur. Belə ki, ötən həftənin 5-ci günündə birjalarda Avropanın vahid valyutası 78,64 rubla satılıb.

Bununla da, Avrozonanın vahid valyutasının məzənnəsi illik maksimumu yeniləyib.

Bu gün birjada 1 ABŞ dollarının kursu 70,75 rubla çatıb. Bu, avqustun 21-də əməliyyatların bağlanması zamanı qeydə alınan göstəricidən 1,65 rubl artıqdır. Belə ki, həmin vaxt birjalarda ABŞ-ın milli valyutası 69,10 rubla təklif edilib.
Diaspora