Müharibə genişlənə bilər - NATO-dan xəbərdarlıq

Müharibə genişlənə bilər -  NATO-dan xəbərdarlıq backend

Şimali Atlantika Alyansı yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu “Welt am Sonntag” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Eyni zamanda Stoltenberq Ukraynaya silah tədarükünün davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

“Ukrayna uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalma silahlarla müdafiə edə bilməz, müasir Qərb silahlarına keçməlidir”,- o deyib.

Stoltenberq Rusiyanı Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib: “Bizim mesajımız aydındır, nüvə silahından istifadə ona gətirib çıxaracaq ki, hər tərəfdə yalnız məğlub olanlar olacaq”.

NATO-nun baş katibi həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin təhdidlərinə baxmayaraq, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyanın nüvə arsenalının yüksək hazırlıq vəziyyətinə gətirildiyini göstərən heç bir məlumat təşkilatda yoxdur.

loading...
Diaspora