Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud bir qrup uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, uşaqlara Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Onlar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar.
Eksursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış edilib.








