Gədəbəy və Qubaya qar yağıb - FAKTİKİ HAVA

Gədəbəy və Qubaya qar yağıb -  FAKTİKİ HAVA backend

"Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub".

Qaziler.az xəbər verir ki, bunu ETSN-İN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb:

"Düşən yağıntının miqdarı Qrızda 16 mm, Balakəndə 15 mm, Qubada 13 mm, Xınalıq, Şəkidə 12 mm, Qusarda 11 mm, Zaqatalada 10 mm, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9 mm, Bərdə, Kişçay (Şəki), Xaltanda 8 mm, İsmayıllı, Daşkəsəndə 7 mm, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6 mm, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5 mm, Culfa, Sədərək, Ağsuda 4 mm, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3 mm, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2 mm, Gəncə, Mingəçevir, Astara, Ordubad, Ağstafada 1 mm olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb".

Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.

loading...
Diaspora