Bərdə-Ağdam dəmir yolu xətti üzrə 4 stansiya olacaq - VİDEO

Bərdə-Ağdam dəmir yolu xətti üzrə 4 stansiya olacaq - VİDEO backend

Bərdə-Ağdam dəmir yolu xəttində tikinti işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrdir.

Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 kilometr rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 kilometr ərazi minalardan təmizlənib, 5 kilometr ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.

Birinci mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 kilometrlik ərazini əhatə edir. Burada torpaq işləri, süni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100 faiz həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79 faiz təşkil edir.

İkinci mərhələdə işlər Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 kilometrlik ərazidə həyata keçirilir. Burada torpaq işləri 18 faiz, süni qurğular 12 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 9 faiz həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8 faizdir.

Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihə çərçivəsində Bərdədən Ağdama qədər 4 stansiya olacaq.

Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Diaspora