“Qarabağ qaziləri” birliyinin layihəsi başa çatdı

“Qarabağ qaziləri” birliyinin layihəsi başa çatdı backend

“Qarabağ qaziləri” birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi başa çatıb.

Bu barədə Qaziler.az-a “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verib. Onun sözlərinə görə, bu ilin fevralın 1-dən başlayan, 3 ay davam edən layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaq idi:

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradıldı. Xeyli yazılı və şifahi müraciətlər oldu. İmkan daxilində müraciətlərin müsbət həll edilməsinə çalışdıq. Amma elə problemlər var ki, sırf qanunverciliklə bağlıdır. Bunlarla da bağlı zaman-zaman dövlət rəsmiləri ilə görüşlərimizdə, mətbuatda qaldırmışıq. Ümid edirik, bunlar da yaxın gələcəkdə həllini tapar. Layihə çərçivəsində qazilərin iştirakı ilə 4 görüş keçirilib. Bu görüşlərlə bağlı hər biri 20 dəqiqədən az olmayan 4 videoçarx hazırlanaraq yayılıb.

Eyni zamanda, “Bunları bilmək vacibdir” adlı Qarabağ əlillərinin, veteranlarının və şəhid ailələrinin hüquqları əks olunan broşur hazırlanaraq paylanıb” - deyə, A.Əliyev bildirib.

O, qeyd edib ki, hazırda layihənin hesabatı hazırlanır.

Diaspora