SOCAR “Azəriqaz"dan sahibkarlara ən yüksək səviyyədə dəstək gəlir

SOCAR “Azəriqaz"dan sahibkarlara ən yüksək səviyyədə dəstək gəlir backend

Sahibkarlara diqqət, onların fəaliyyətinin stimullaşdırılmasına dəstək olmaq dövlət qurumu olaraq bizim əsas vəzifələrimizdən biridir. 

Qaziler.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz”in baş direktoru Ruslan Əliyev Birliyin inzibati binasında sahibkarlarla görüşündə bildirib. Baş direktor və “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin iştirakı ilə təşkil olunan görüşdə sahibkarların problem və təklifləri dinlənilib. Müxtəlif regionları təmsil edən iş adamları bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemlərinin operativ və mərkəzləşdirilmiş şəkildə həll olunmasına ehtiyacın olduğunu bildiriblər.

Həm də “Caspian Energy Club”un Regional əməkdaşlıq üzrə Komitəsinin sədri olan Ruslan Əliyev deyib ki, əgər komitə üzvlərinin qaldırdığı problemlər tez və rahat şəkildə öz həllini taparsa, bu, onlara olan inamın faiz dərəcəsinə əsaslı şəkildə təsir edəcək. Bu baxımdan baş direktor komitə üzvləri ilə koordinasiyanı özündə ehtiva edəcək onlayn əlaqənin yaradılmasını təklif edib. Birlik rəhbəri deyib ki, yaxın gələcəkdə digər dövlət qurumlarının da bu qrupa cəlb olunması, sahibkarların işinə kompleks şəkildə təsir edə bilər. Ruslan Əliyev sahibkarlığın inkişafı və iş yerlərinin artırılması naminə bölgələrdəki iş adamları ilə də fərd olaraq görüşə hazır olduğunu bildirib.  

Qeyd edək ki, sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

loading...
Diaspora