Suraxanıda sahibkarların və sakinlərin təbii qazla bağlı müraciətləri dinlənilib - FOTO

Suraxanıda sahibkarların və sakinlərin təbii qazla bağlı müraciətləri dinlənilib -  FOTO backend

Quşçuluq sexinə quraşdırılan sayğac açılaraq dövlət yoxlamasına göndərilib. Yoxlamadan sonra həmin sayğac quraşdırılacaq, ya yenisi ilə əvəz olunacaq?

Qaziler.az xəbər verir ki, bu sözləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan İbrahim Səfərov “Azəriqaz” İstehsalat Birliyinin paytaxtın Suraxanı rayonunda baş tutan növbəti “Açıq mikrofon” aksiyasında bildirib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ünvanlanan bu sualla bağlı sahibkara ətraflı məlumat verib. Sahibkarlarla yanaşı, keçirilən aksiyaya sakinlər də qoşularaq öz problemlərini səsləndiriblər. Vətən müharibəsi iştirakçısının atası Bəhmən Həsənov fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət edib. O, fərdi yaşayış evinə sayğacın quraşdırıldığını, lakin abonent kodunun açılmadığını bildirib. Həmçinin Zeytunluq sovxozu adlanan ərazidə yaşayan bir qrup sakin qeyd olunan ünvanda 10-a yaxın ailənin fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Bütün müraciətlərin qeydə alınaraq Birliyin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Aksiyada “Azəriqaz”ın məsul şəxsləri ilə yanaşı, Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Bəhmən Məmmədov, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi Yusif Bağırov da iştirakçılara lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bu gün təşkil olunan “Açıq mikrofon” aksiyası sayca ümumilikdə 60-cı, sahibkarlarla isə 33-cü görüşdür.

Diaspora