Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə dönüb

Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə dönüb backend

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Alxasov Camal İlqar oğlu
2. İskəndərli Elnur Zöhrab oğlu

Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

""YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq", - məlumatda bildirilib.

loading...
Diaspora