Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə şəhid jurnalistin nəvəsidir

Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə şəhid jurnalistin nəvəsidir backend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev  Vahid Rasim oğlu Hacıyevi  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib.

Qaziler.az bildirir ki, Vahid Hacıyev  “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədridir.

V.Hacıyev 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

O bu neft şirkətində Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Qeyd edək ki, Vahid Hacıyev 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olan əməkdar jurnalist Osman Mirzəyevin nəvəsidir. Onun anası Lalə Hacıyeva Osman Mirzəyevin qızıdır.

Diaspora