Repatriasiya edilmiş şəxslərə fərdi sosial-psixoloji yardım xidməti göstərilir

Repatriasiya edilmiş şəxslərə fərdi sosial-psixoloji  yardım xidməti göstərilir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan repatriasiya olunmuş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlayıb.

 

Səyyar formada həyata keçirilən psixoloji konsultasiyalar zamanı travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilir. Nəticəsinə uyğun olaraq həm repatriasiya edilmiş uşaqlar, həm də ailə üzvləri ilə psixoloji və sosial-psixoloji dəstək işləri aparılır.

 

Aprel ayı ərzində artıq 20 ailəyə səfərlər edilib və 46 nəfəri uşaq olmaqla, ümumilikdə 57 repatriantla 62 seans həyata keçirilib.

 

2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.

loading...
Diaspora