Gəncədə əlillərin müalicəsi və istirahəti diqqət mərkəzində saxlanılır

Gəncədə əlillərin müalicəsi və istirahəti diqqət mərkəzində saxlanılır backend

Gəncədə əlilliyin bərpasına və xəstələrin vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirlər davam etdirilir.

Bu barədə Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərə nisbətən cari ildə sanatoriya və kurortlara, eləcə də turist mərkəzlərinə göndərilən I və II qrup əlillərin sayı xeyli artıb. Cari ilin 7 ayı ərzində mərkəz tərəfindən 57 əlil Naftalana və Nabrana, 1 nəfər Abşerona, 1 nəfər Bilgəhə, 53 nəfər isə müxtəlif istirahət mərkəzlərinə göndərilib. Müalicəyə və istirahətə göndərilənlər arasında şəhid ailələrinin üzvləri, İkinci Dünya müharibəsi və Çernobıl əlilləri də var.
Diaspora