Bu gündən Azərbaycanda maska tələbi ləğv edildi

Bu gündən Azərbaycanda maska tələbi ləğv edildi backend

Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib.

Qaziler.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.

Eyni zamanda, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

loading...
Diaspora