"Ermənistanın mina xəritəsini verməməsi Qarabağda mülki əhalinin həlak olmasına səbəb oldu".
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən ““Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” beynəlxalq konfransına hazırlıq” layihəsi çərçivəsində kecirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
O, işğaldan azad edilən ərazilərə səfəri zamanı insidentlərin və mina partlayışlarının şahidi olduğunu qeyd edib.
"Regionlara səfər edərkən biz bir neçə mina partlayışının şahidi olduq. Həmin vaxtlar Ermənistandan mina xəritələrinin təhvil verməsi ücun petisiyaya başladıq və onun xeyli effektiv nəticəsi oldu. Bu istiqamətdə beynəlxalq konfrans üçün siyahı formalaşdırdıq, bəyanat hazırladıq".
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun minatəmizləmə sahəsində əldə etdiyi uğurlardan da danışıb.
"Müharibə bitsə də gözəgörünməz düşmənlə mübarizə davam etməkdədir. Vətəndaş cəmiyyəti qurumu olaraq BAMF 2000-ci ildən BMT-in İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda həyata keçirilən Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulub. Əl Cəzirənin BMT-nin Cenevrə ofisindən nümayəndələrimiz, Sülhün kökləri təşkilatının rəhbəri Heidi Kühnün qatılmasına nail olduq. Heidi Kühnlə birgə Ağdama səfər etdik. Polşa şahzadəsi xanım Yaroslavskaya da bizim qarşıdakı beynəlxalq tədbirə qatılacaq. Əl- Cəzirə Azərbaycanın Qarabağ problemi ilə bağlı mütəmadi olaraq məlumatlar yayımlanıb".
"Azərbaycanda ANAMA bu problemin həllində əsas qurumdur. Aprel ayınnda təkcə bu qurum tərəfindən 643 partlamamış sursat, 289 piyada əleyhinə, 442 tank əleyhinə mina, toplam 1374 aşkarlanıb",-deyə U. Mirzəyev qeyd edib.