Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən ““Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” beynəlxalq konfransına hazırlıq” layihəsi çərçivəsində tədbir keçirilir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ilk öncə Azərbaycanın mina probleminin aktuallığından söz açıb. O, qeyd edib ki, Azərbaycan mina və müharibənin partlayıcı qalıqlarından ən çox əziyyət çəkən ölkələr sırasındadır.
“Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin geri qayıdışı Azərbaycanın əsas prioritetlərindəndir. Həmin ərazilərin dağıdılması, viran və talan edilməsi, yandırılması, ekoloji terrora məruz qalmasıyla yanaşı, ərazilər başdan-başa minalanıb və qadağan olunmuş hərbi sursatlarla çirkləndirilib. Müharibə bitsə də gözəgörünməz düşmənlə mübarizə davam etməkdədir. Vətəndaş cəmiyyəti qurumu olaraq BAMF 2000-ci ildən BMT-in İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda həyata keçirilən Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulub”.
"Azərbaycanın ən böyük problemi mina problemidir. Xankəndi problemi de bu problemin içindədir. Sülh müqaviləsi imzalandıqdan sonra ərazidə xeyli insidentlər baş verib yüzdən artıq mülki insan zərər çəkib",-deyə Umud Mirzəyev bildirib.