Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezident İlham Əliyevə təşəkkür edib

Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezident İlham Əliyevə təşəkkür edib backend

Elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, o, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini tarixi hadisə adlandırıb və bu mötəbər tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu vurğulayıb: “Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət beşiyi Şuşada baş tutdu. Mən bir elm xadimi kimi iki dostumun - Nobel mükafati laureatları Əziz Sancarın və Arye Varşelin Zəfər qurultayına təbrik məktublarını iştirakçıların nəzərinə çatdırdım. Bu məktublar böyük əks-səda doğurdu. Bu, onu göstərir ki, biz elm adamları, dostlarımız olan Nobel mükafatçıları Prezidentimizin ətrafında yumruq kimi birləşmişik, öhdəmizə düşən işləri yerinə yetirməyə hazır və qadirik. Fürsətdən istifadə edib mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Məsud Əfəndiyev Prezident İlham Əliyevin qurultaydakı çıxışının bütün dünyada geniş əks-səda doğurduğunu söyləyib: “Mən dəfələrlə Azərbaycan Prezidentinin çıxışlarını canlı izləmişəm. Prezidentin hər çıxışı ibrətamizdir, hər cümləsi Azərbaycanın maraqlarını özündə ehtiva edir. Şuşadakı çıxış isə inanın ki, tam səmimiyyətimlə deyirəm, başqa bir aləm idi və Zəfər qurultayının bütün enerjisini özündə əks etdirirdi. Prezidentimizin bir saatdan çox birnəfəsə, gülərüzlə çıxış etməsi və diaspor fəaliyyətinə verdiyi yüksək qiymət müzəffər xalqımızın, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun yanında yeni bir ordunun – diaspor ordusunun da olmasını təsdiq etdi”.

loading...
Diaspora