“Azəriqaz”da Ümumdünya Əməyin Mühafizəsı Günü qeyd olunub

“Azəriqaz”da Ümumdünya Əməyin Mühafizəsı Günü qeyd olunub backend

Aprelin 28-də Beynəlxalq Əmək Təşkilatının bu il üzrə 28 aprel - Əməyin Mühafizəsi Günü üçün müəyyən edilmiş “Müsbət təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edin” devizi altında “Azəriqaz” İstehsalat Birliyində (İB) tədbir keçirilib.

İB-dən Qaziler.az-a bildirilib ki, tədbirdə sağlamlıq, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin bütün qabaqcıl şirkət və təşkilatların prioriteti olduğu qeyd edilib və bu gün də “öncə təhlükəsizlik” (safety first) sloqanının aktuallığının qorunub saxlanıldığı vurğulanıb.

Tədbir çərçivəsində Birliyin baş direktoru tərəfindən vəzifə funksiyalarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirən, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində nümunəvi davranışlarına görə fərqlənən işçilərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənərək 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb. Hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 1992-ci il mayın 12-də Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edib.

Diaspora