"Bu yaşayış məntəqəsini qazlaşdırın" - Qubada "Açıq mikrafon" aksiyası

"Bu yaşayış məntəqəsini qazlaşdırın" -  Qubada "Açıq mikrafon" aksiyası backend

"Kəndimizdə payız-qış ayları həddindən artıq sərt keçir. Artıq yandırmağa odun da tapa bilmirik. Əvəzində meyvə ağaclarını qırmağa məcbur oluruq. Xahiş edirik bu yaşayış məntəqəsinin qazlaşdırılmasını təmin edin".

Qaziler.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Quba rayonunun Barlı kənd sakini Həmid İslamov "Azəriqaz"ın növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasov "Azəriqaz" İstehsalat Birliyinin paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində işlərini mərhələli şəkildə icra etdiyini bildirib. İdarə rəisi Barlı kəndinin qazlaşdırıldığını, yalnız kəndin yeni yaşayış massivində, məhəllələrində təbii qazın olmadığını qeyd edib.

Sakinlərə ünvanlanan hər bir müraciətin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağı bildirilərək, vətəndaşlardan təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndirmələri xahiş olunub. Kənd sakinləri uzun illərdir ki, bu massivdə mavi yanacaqdan istifadə edə bilmədiklərini bildiriblər.

Çıxış edənlər xüsusilə payız-qış mövsümlərini çətin keçirdiklərini qeyd edərək, qaz təchizatı ilə bağlı yaranan problemlərin qısa müddətdə həllini tapmasını xahiş ediblər.

Daxil olan müraciətlər Birlik rəhbərinə təqdim olunduqdan sonra sözü gedən ərazinin qazlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətiriləcək.

loading...
Diaspora