Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu hazırlanıb

Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu hazırlanıb backend

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunub.

Redaktor.az xəbər verir ki, albomda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının son 30 ildə yaradıcılığına daxil etdiyi hərbi vətənpərvərlik mahnı və marşları yer alıb.

Üç aylıq müddəti əhatə edən layihə çərçivəsində “Zəfər nəğmələri” adlı albomunun hazırlanmasında əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.

“Zəfər nəğmələri” adlı albomun ordu birliklərində yayılması nəzərdə tutulur.

Diaspora