Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək backend

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 may 2022-ci il tarixdə, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Dövlət Xidmətindən Qaziler.az-a bildirilib ki, xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 17 may 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon  şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Diaspora