Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır - Eldar Əzizov

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır -  Eldar Əzizov backend

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır.

Trend-in məlumatına görə, bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti o əsasnaməni təsdiq edəndən sonra ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.