Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər backend

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

"Report" xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

Nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına və Şəhidlər xiyabanına baxış keçiriblər.

loading...
Diaspora