Onlayn nəzir vermək üçün xüsusi qaydalar HAZIRLANIR

Onlayn nəzir vermək üçün xüsusi qaydalar  HAZIRLANIR backend

Nəzirlərin onlayn şəkildə ödənilməsi ilə bağlı xüsusi qaydalar hazırlanır. 

Bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin cavabında qeyd edilib ki, qaydalar hələlik təsdiq olunmayıb. 

Xatırladaq ki, "Dini etiqad azadlığı haqqında" qanunda edilən dəyişikliklərə əsasən, dini qurumlar ianə vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə bilirlər. Dəyişikliyə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər.

Milli Məclisdə 3 oxunuşda qəbul edilən dəyişikliklər fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

loading...
Diaspora