“Space” TV-nin yayımı üç saatlıq dayandırılacaq

“Space” TV-nin yayımı üç saatlıq dayandırılacaq backend

Audiovizual Şuranın iclası keçirilib.

Şuradan verilən xəbərə görə, iclasda 15-25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

“Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə, saat 17:47-18:23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08:00-dan 11:00-dək üç saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Diaspora