Dövlət Komitəsi Dünya Bankı ilə əməkdaşlığı davam etdirir

Dövlət Komitəsi Dünya Bankı ilə əməkdaşlığı davam etdirir backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi həyata keçirilir.

Komitədən Qaziler.az-a bildiriblər ki, layihənin həyata keçirilməsində əsas məqsəd Dünya Bankı tərəfindən texniki dəstək çərçivəsində gəlirgətirən proqramların hazırlanmasıdır. Bütün bunları nəzərə alaraq, məcburi köçkünlər arasında kəmiyyət və keyfiyyət (müsahibə, fokus qrup və s.) yanaşmalarına əsaslanan sorğuların aparılması və ehtiyacların qiymətləndirilməsi, həmçinin komitə əməkdaşlarının potensialının gücləndirilməsi və biliklərinin artırılması istiqamətində əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sorğuların aparılması üçün Dünya Bankı tərəfindən tərəfdaş şirkətlər olaraq Türkiyənin “PGLOBAL Advisory and Training Services” və yerli “SIAR Research and Consulting Group” seçilib.

Diaspora