DİN general-leytenantına yeni səlahiyyət verildi

DİN general-leytenantına yeni səlahiyyət verildi backend

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən idarələrarası komissiyaya sədrlik edəcək.

Qaziler.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Qaydaya yeni - 2.9-cu bənd əlavə edilib. Yeni bəndə əsasən, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyaya sədrlik edir.

Bundan əlavə, sənədə 2.10-cu bənd də əlavə edilib. Qeyd edilib ki, İdarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar idarələrarası komissiyanın katibliyi funksiyasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.

loading...
Diaspora